Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıPrevious Article
Next Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Uşaqların əyləncə hüquqları

Line Spacing+- AFont Size+- Print This Article
Uşaqların əyləncə hüquqları

Uşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı

Uşaqların əyləncə hüquqları

 

Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi sağlamlıqlarını təmin etmək, onların düşüncələrini və təxəyüllərini təkmilləşdirmək məqsədilə oyunların təşkil olunması təbii və zəruri olan bir prosesdir. Oyunlar zehni inkişaf yaradır və qabiliyyətləri, zehni bacarıqları uşaqlar arasında bir-birinə ötürür. Oyunlar və onların qaydaları uşaq həyatının sistemli olmasına kömək edir, nizam-intizamı təbliğ edir.  Uşaq oyunları uşaqların arzularını, xəyallarını gerçəkləşdirmək üçün onların  daxili aləmlərini ifadə edən hadisələrdir. Uşaqların aktiv həyata alışmaları və müəyyən hadisələrə qarşı hazırlıqlarını təmin etmək və onları sağlam şəkildə böyütmək məqsədilə oyunların təşkil olunması zəruridir. Oyunlar və əyləncələr uşaq xarakterinin passivlikdən aktivliyə keçidini təmin edir.  Uşaqların psixi sarsıntılardan uzaqda saxlanılması üçün şən oyunlara, şənliklərə, kollektiv ünsiyyət tədbirlərinə cəlb edilməsi valideyn və cəmiyyət, himayəçi və dövlət vəzifəsinin əsaslarını təşkil edir. Bu baxımdan uşaq bağçaları, müxtəlif rəqs dərnəkləri, teatr qrupları, əyləncəli oyun mərkəzləri təşkil olunur. Uşaqlar idman yarışlarına, musiqi müsabiqələrinə dəvət olunurlar. Yarışları, tamaşaları  izləmək üçün tamaşaçıya,  azarkeşə çevrilirlər.

Əylənmək, uşaqların öz aralarında əlaqələrini və ünsiyyətlərini təşkil etmək təbii və axarı olan bir prosesdir. Əylənmək ümumiyyətlə, müxtəlif məzmunlu şən oyunlar təşkil etmək və oyunlarda aktiv iştirak etmək  mənalarını verir. Əylənmək, cəmiyyətə qoşulmaq uşaqların assosiasiya və adaptasiya  olunmalarını şərtləndirir. Əylənmək özü sağlamlığı ifadə edən bir təzahürdür. Uşaqların həvəslə əylənmələri onların yeni enerji qəbul etmələrini əks etdirir. Həmçinin ruh rahatlığını nizamlayır. Eləcə də uşaqlara fiziki və zehni sağlamlıq gətirir.

Uşaqların mədəni və sivil həyata inteqrasiyaları məqsədilə onları cəmiyyətin aktiv üzvünə çevirmək üçün müxtəlif tədbirlər təşkil olunur.    Əylənmək, tədbirlərdə şənlənmək,  müxtəlif oyunlar təşkil etmək uşaqlar üçün təbii bir prosesdir. Uşaqların təbii xarakterlərini təşkil edir. Təbii istəklərin realizəsini həyata keçirir. Bu baxımdan da uşaqların əyləncə məkanları təşkil olunmalıdır. İstər evlərdə, mənzillərdə, istərsə də marketlərdə, digər biznes obyektlərində, meydanlarda, parklarda  və uşaq bağçalarında uşaqlar üçün əyləncə güşələri yaradılmalıdır. Əyləncə məkanları uşaqların məşğuliyyət azadlığını və sərbəstliyini təmin etmək üçündür.  Şən attraksionların quraşdırılması, kollektiv rəqslər, birgə tapmacalar və digər bu kimi oyunlar  uşaqların sosiallığını yaradır, ictimai xarakterini formalaşdırır. Bu hadisələr mədəni aspektlə yanaşı, uşaqların enerji əldə etmələrini təmin edir.

Uşaqların əyləncə hüquqları onların təbii hüquqlarını təşkil edir. Bu əyləncələr uşaqların istedadlarını və qabiliyyətlərini aşkarlayır.  Əyləncələr uşaqların təbii keyfiyyətlərini aşkarlamaq funksiyasını təmin edir. Həmçinin vahid qaydalar ilə uşaqların xassələrini aşkarlayır, üzərə çıxarır. Əyləncələr istedadları realizə edir.

Uşaqların əyləncə hüquqlarına aid olur:

-uşaqların yalnız öz sağlamlıqlarına xidmət edən oyunlarda (zəkanı inkişaf etdirən və fiziki sağlamlığa xidmət edən)  iştirak etmək hüquqları;

-uşaqların asudə vaxtlarda öz aralarında  müxtəlif məzmulu oyunlar təşkil etmək hüquqları, azadlıqları və sərbəstlikləri;

-uşaqların əqli inkişafa təkan verən zehni oyun qurmaq hüquqları;

-uşaqların fiziki inkişafa xidmət edən oyunlar qurmaq hüquqları;

-uşaqların əyləncə vaxtları üçün valideynlərindən, ailədən müəyyən müddətə kənar yerlərə çəkilmələri (valideynlərin vəzifəsi odur ki, uşaqlarının əyləncə vaxtlarını qəbul etsinlər və əyləncələri qadağan etməsinlər. Çünki əyləncələr uşaqların təbii haqlarıdır) hüquqları;

-uşaqların əyləncə və oyun məkanlarına (evlərdə, mənzillərdə, parklarda, idman arenalarında və bu kimi digər məkanlarda )  sahib olmaları hüquqları;

-uşaqların əyləncə vasitələrinə sahib olmaları, oyuncaqlarının olması hüquqları (bu hüquqları valideynləri təmin edir. Eləcə də dövlət və bələdiyyə qurumları, özəl sahibkarlar imkanlar daxilində əyləncə vasitələrinin alınmasını həyata keçirirlər);

-uşaqların sərbəst şəkildə oyuncaqlarını bölüşməsi (bu, uşaqların təbii xarakterindən meydana gələn bir təzahürdür) və paylamaq  hüquqları;

-uşaqların onların öz psixikalarına uyğun əyləncələrə, şən oyunlara cəlb olunmaları hüquqları (dövlət, ailə və digər tərəflər uşaq psixikasını pozan oyunlar təşkil edə bilməzlər, oyuncaq vasitələri istehsal edə və uşaqlar arasında paylaya bilməzlər);

-uşaqların azadlıq və sərbəstlik şəraitində, kənardan böyüklərin təzyiqi olmadan oyunlara qatılmaq hüquqları;

-uşaqların əylənmək və istirahət etmək üçün televiziya tamaşalarına, cizgi filmlərinə və qadağan olunmayan səhnələrə tamaşa etmək hüquqları;

-uşaqların sirklərdə iştirak və sirk tamaşalarına baxmaq hüquqları və s.

 

 

Uşaqların sosiallaşmaq, həmrəyləşmək və  ünsiyyət hüquqları

 

Sivil ölkələrdə və sivil cəmiyyətlərdə uşaqların dünyaya gəldikləri mühit münasibətli, strukturlaşmış əlaqəli, formal  və bu baxımdan da sosial məzmunlu mühit olur.  Sosial mühit insanların müəyyən yaşayış məskənlərində ünsiyyətləri və əlaqələri, münasibət və təmasları ilə yaratdıqları mühitdir. Hansı ki, bu mühitdə insan maraqları qruplaşır, məqsədlər sistemli xarakter alır.  Sosial mühit forma və məzmunca  həməryləşməkdən, birləşmələrdən, kollektivləşmələrdən yaranır. Sosial mühitdə insanların maraqları, məqsədləri, istəkləri və vəzifələri birləşdiyindən, qruplaşdığından onların  göstəriciləri və əlamətləri  də uyğunlaşır. Buna görə də sosial mühit təbii hüquqlardan, təbii hərəkətlərdən, təbii vəzifələrdən yaranan  bir mühitdir. Burada insanların amalları onların əmək fəaliyyəti baxımından qruplaşır. Oxşar və fərqli nəticələr əldə olunur. Bu nəticələrin birləşməsi də sosial zəngin vəhdəti yaradır. Sosial mühit müxtəlif insan təbəqələri arasında təmaslardan yaranan münasibət və əlaqə müstəvisi kimi xassələnir. Uşaqların dünyaya gəldikləri ailələr də sosial mühitin strukturlarını təşkil edir.

Uşaqların fiziki və əqli inkişafları sosial mühit vasitəsilə həyata keçirilir. Sosial enerji uşaqlara həm də fərdi qaydada ötürülür. Uşaqlar bu enerjidən faydalanaraq rifaha çatırlar, xoşbəxtlik qazanırlar, ruh rahatlığı tapırlar.   Uşaqlarda genetik və bioloji xarakter sosial mühitdə birləşir. Sosial arenalar uşaqların bioloji davranışlarını gerçəkləşdirir. Uşaqların xətti inkişaf prosesləri sosial mühitdə baş verir. Uşaqlar sosial mühitdə öz məqsədlərini ifadə edirlər, arzu və xəyallarını qururlar. Sosial mühit uşaqların böyüməsi və inkişafı üçün enerji mənbəsi rolunda çıxış edir. Sosial mühit enerji panelini yaradır. Bu enerji paneli uşaqların fərdi inkişafını və davranışını şərtləndirir. Sosial mühitdə uşaqlar öz davranışları ilə özlərini ifadə edirlər, təsdiq edirlər, sübuta yetirirlər.  Uşaqlar belə mühitlərdə özlərini şəxsiyyət və fərd kimi təsdiqləyirlər. Sosial mühitdə uşaqlar üzərində ailə və cəmiyyət qınağı və diqqəti  formalaşır. Sosial nəzarət mexanizmləri meydana gəlir.  Sosial mühit uşaqlar üçün tərbiyəvi mənbə rolunda çıxış edir. Uşaq etikası cəmiyyətdə  onların nizamlı ünsiyyətlərini yaradır. Cəmiyyət özü belə etika mənbəyi rolunu oynayır. Uşaq hüquqları sosial mühitdə sərhədlənir və fərdi məkana malik olur. Sosiallaşmada hər bir uşağın öz sosial statusu yaranır ki, bu statuslar da ümumi müstəvinin koordinatlarını təşkil edir.  Sosial mühitdə uşaq hüquqlarının kəmiyyəti meydana gəlir.

Uşaqlar sosial mühitdə dünyaya gəldiklərindən bu mühitin nemətlərindən, dəyərlərindən, qayğılarından  faydalanmaq, qidalanmaq  hüquqlarına sahib olurlar. Onların fiziki mövcudluqları maddi-mənəvi varlıqları ilə birləşmiş formada təzahür olunur. Uşaqların hüquqları da məhz sosial mühitdə fərdlərin qarşılıqlı davranışlarından yaranır. Sosial vəziyyət hüquqların müəyyənliyini və reallaşmasını həyata keçirir.  Davranış modelləri, yaşayış tərzi və xassəsi elə uşaqların hüquqlarının yaranmasını şərtləndirir. Sosial mühitdə uşaqların öz aralarında və onlarla böyüklər arasında ünsiyyət və əlaqələr yaranır. Sosial mühit özü ümumi və məxsusi davranışları yaradır, şərtləndirir. Uşaqlar arasında uyğunlaşan münasibətləri, yaxınlığı yaradır. Uşaqların ünsiyyəti məhz sosial mühitdə daha da inkişaf edir. Ona görə ki, sosial mühit aydınlaşmış və qeyri-müəyyənliyin müəyyənliyə keçməsi ilə xassələnən enerji modeli və mənbəyidir. Uşaq öz təbii xassəsinə aid olan bu mühitdən qəbul edir. Sosial mühitdə uşaq şəxsiyyəti yaranır və uşaq xalislikdən, çılpaqlıqdan, xamlıqdan, faydasızlıqdan xilas olaraq  zəngin davranış modelinə qədəm qoyur. Zənginləşən dərrakə cəmiyyətin proseslərinə uyğun şəkildə meydana gəlir. Uşaqların istəkləri burada  sistemləşir. Həmçinin fərdiləşir. Bununla da uşaq özünü təsdiq etməkdə israrlı olur. Uşaq etikası onun mövqeyini şərtləndirir və sosial şəxsiyyətini meydana gətirir. Sosial mühit uşaq iddialarını və ideyalarını qaynaqlandırır. Uşaqların ideallarını meydana gətirir. İstəkləri və maraqları üçün əlverişli məkanı şərtləndirir.  Burada həmçinin uşaqların yaşlarına uyğun davranışları və ünsiyyətləri uyğunlaşdırılır. Sosial mühit uşaq əxlaqının və uşaq estetik duyumunun əsaslarını yaradır. Uşaq sosial tələblər və sosial şərtlər sayəsində ictimai və məişət qınağına cəlb olunur. Sosial mühitdə olan peşə və vəzifə bölgüləri uşaqların gələcəkdə ixtisas və vəzifə seçimini şərtləndirir. Uşaqların peşə, vəzifə mövqe və statuslarını meydana gətirir.  Bu mühit uşaqların gələcəyə olan ümidlərini qruplaşdırır. Sosial müstəvidə uşaqlar sosial fenomenə çevrilirlər və ailədə və cəmiyyətdə gələcək davamçılar kimi önəm kəsb etməyə başlayırlar. Bu mühitdə uşağın sosial-mədəni kimliyi üzərə çıxır.

Uşaqlar sosial varlıqlar kimi sosial mühitdə formalaşırlar. Onların sosial davranışları və ünsiyyətləri sosial-ictimai və mədəni hüquqların yaranmasını zəruri edir. Bu hüquqlar uşaqlarda sosial mahiyyət etibarilə cəmiyyətlərdə özlərini aparmaq və davranmaq qaydalarını yaradır. Uşaqlar arasında olan davranış normaları, qaydaları sosial mühitdə ölçülərə tabe olur, qaydaları yaradır.  Ümumən uşaq sosial ölçü amili kimi sosial mühitdə təsdiq olunur. Sosial mühitin özü də nizamlı davranış modellərindən ibarət olduğundan, uşaqların sağlam davranışlarını stimullaşdıra bilir.

Sosial müstəvi uşaqlar üçün sosial bəstələnməni (qayğını və diqqəti, köməyi, yardımı) yaradır. Uşaqları özünün üzvi tərkibinə çevirir. Sabit və rəvan inkişaf edən cəmiyyətlər bir tərəfdən uşaqların təminatını həyata keçirir, digər tərəfdən onları ağuşuna alır. Sosial tərbiyə verir. Uşaqlarda özbaşınalığın qarşısını kəsir və onları mədəniləşdirir, sivilləşdirir. Sosial cəmiyyətlər uşaqlarda yumşaq davranış, həm də zəngin davranış modellərini formalaşdırır. Sosial ünsiyyət uşaqlarda özbaşınalığın, sistemsiz həyatın yaşamasının qarşısını kəsir. Sosial mühit uşaqlara rasional azadlığı bəxş edir. Onlarda mənalı müstəqilliyi və sərbəstliyi yaradır. Mühit uşaqların istedadlarını aşkarlayır, fərdi özünütəsdiqi reallaşdırır.

Uşaqların sosiallaşmaq, ünsiyyət qurmaq, həmrəyləşmək, birləşmək kimi xassələri onların mədəni hüquqlarının tərkibini təşkil edir. Cəmiyyət özü də mədəni bir fenomen kimi təzahür olunur. Uşaqlar cəmiyyətin sosial tərkibini təşkil edirlər və sosial maraqları uzlaşdırırlar və uyğunlaşdırırlar. Sosiallıq uşaq hüquqlarının strukturlaşmasını yaradır. Bu hüquqların mexanizmlərində sosial mühit nümunələr, modellər, normalar və qaydalar təqdim edir. Sosiallaşma uşaqlarda əyani və qiyabi ünsiyyət yolu ilə meydana gəlir. Uşaqların sosiallaşmaq hüquqları sosial mühiti yaradan vasitələrlə realizə oluna bilir. Zamanın sosial şəbəkələri uşaqlarda qiyabi tanışlıq, ünsiyyət formalarını meydanba gətirir. Sosial mühit uşaqların davranışları və həyatda yaşamaqları üçün qanunları meydana gətirir. Bu qanunlar adətlərlə tənzimlənir, adətlər hüququnu normalara salır. Eləcə də əlavə hüquqları ortaya qoyur. Sosiallaşma kollektiv mədəniləşmə meydana gətirir. Sosial sfera və struktur uşaqları diqqətə götürür. Şəbəkədə uşaqların sağlam böyüməsini təmin edir.

Uşaqların sosiallaşmaq  və ünsiyyət   hüquqlarına aid ola bilir:

Əyani və qiyabi, birbaşa və dolayı yollarla ünsiyyətə girməklə,

-bütün yaş dövrlərində ailədə, cəmiyyətdə davranış hüquqları;

-sərbəst fikir bildirmək, rəy söyləmək hüquqları;

-ünsiyyət obyekti və predmeti olaraq azad və sərbəst mövzu seçmək hüquqları;

-bütün yaş dövrlərində ailədə öz aralarında və böyüklərlə olan ünsiyyət yaratmaq, münasibət qurmaq hüquqları;

-uşaqların informasiya vasitələrindən istifadə edərək, bir-biriləri ilə əlaqə qurmaq hüquqları;

-uşaqların yazışmaq , məktublaşmaq və şifahi ünsiyyət hüquqları;

-uşaqların biliklərini qarşılıqlı mübadilə hüquqları;

-uşaqların ictimai-mədəni tədbirlərdə aktiv və passiv (seyrici, tamaşaçı kimi iştirak etmək) iştirak hüquqları;

-uşaqların qayğılarını bölüşmək hüquqları;

-uşaqların problemlərini yaxınları və tanışları və dostları ilə bölüşmək hüquqları;

-uşaqların birgə şüarlar hazırlamaq və birgə ifadə etmək hüquqları;

-uşaqların birgə yaradıcılıq və quruculuq hüquqları;

-uşaqların oyunlarda  iştirak hüquqları;

-uşaqların birlikdə bilik yarışmalarına qatılmaq hüquqları;

-uşaqların sərbəst həmrəyləşmək, bayramlaşmaq hüquqları;

-uşaqların matəm günlərində öz dərdlərini bölüşmək hüquqları;

-uşaqların informasiya vasitələrindən onlara uyğun məlumat almaq hüquqları;

-uşaqların uniformalarda, bayram libaslarında tədbirlərdə iştirak hüquqları;

-uşaqların öz istək və arzularını informasiya vasitələrində ifadə etmək hüquqları;

-uşaqların ideyalar vermək, təşəbbüslər irəli sürmək hüquqları;

-uşaqların mədəniyyət və incəsənət mərkəzlərində bir-biriləri ilə əlaqələr yarartmaq hüquqları;

-uşaqların vahid ideyalar altında birləşmək  hüquqları;

-uşaqların əyləncə, idman və digər mədəni tədbirlərdə birləşmək, həmrəyləşmək hüquqları;

-uşaqların tele və radio efirlərdə, mətbuatda, sosial şəbəkələrdə   çıxış etmək və bu kimi vasitələrin köməyi ilə həmrəyləşmək, sosiallaşmaq hüquqları;

-uşaqların bayram festivallarında, bayram paradlarında, idman marafonlarında iştirak hüquqları;

-uşaqların uşaq bağçalarında, internat məktəbərində və ibtidai və orta məktəblərdə ünsiyyət qurmaq hüquqları;

-uşaqların bir-birilərini və böyükləri dinləmək hüquqları  və s.

 

Uşaqların sosiallaşmaq  hüquqları onların birgə inkişafına səbəb olur.  Cəmiyyət uşaqlar üçün sosial gərginliyi yarada bilməz. Cəmiyyət uşaqlarda sadə tərbiyə formasını aşılamalı və adi məlumatların təqdim olunmasını həyata keçirməlidir.

 

Uşaq hüquqları mədəni hüquqların tərkibi kimi

 

İnsan öz həyatını mədəniyyətlə qurur. Quruculuğu və yaradıcılığı ilə özünü sistemləşdirir, nizamlayır. Maraq və məqsədlərini normalara salır.  İnsanları əhatə edən bütün pozitiv və struktur formalı proseslər, -hansıları ki, insanlar yaradır,- mədəni proseslərdir.  Mədəni proseslər sayəsində cəmiyyət sistemləşir, münasibətlər qruplaşır. Əlaqələr strukturlaşır. Güclər, hərəkətlər vəhdətləşir, paylanılır.  Bu proseslər özləri insanlara haqlar verir, ona görə ki, insan əməyinin məhsulunu təşkil edir. Mədəni əsaslar insanlara müvafiq haqlar qazandırır. Eləcə də insanın varlığını, əməli fəaliyyətini, konstruktiv fəaliyyətini meydana gətirir.  Mədəni hüquqlar prosesləri və hadisələri şərtləndirən  insanların özlərinin yaradıcılıq və quruculuq hüquqlarıdır. Bu yöndə təbii hüquqlarıdır. İnsanların mədəni hüquqları insanlığın tarixi irsini yaradır. İnsanlar ardıcıl şəkildə mədəni iz qoyurlar və nəsillər də bu irsdən, yaradıcılıq izindən faydalanır. Uşaqlar mədəni mühitdə nizamlı münasibət göstərmək zərurəti ilə üzləşirlər.   İnsanların əməyi sadəlik  və mürəkkəblik  arasındakı trayektoriyada dəyişir və  ayrı-ayrı sahələri əhatə edir, tərkib etibarilə  dərəcələnir. Bu baxımdan da  konstruktivlik və konseptuallıq yaradır. Sistemlilik özü məhz mədəniyyətin formasını əks etdirir. Mədəniyyət bütövlüyündən hər kəs faydalanır. Proseslərin sistemli formaları elmi, rasional, eləcə də sadə və adi məzmunlu olur. Uşaqlara aid olan və uşaqların yaradıcılığını əks etdirən fəaliyyət də məhz adi və sadə məzmundan ibarət olur.  Adətən mədəni proseslər və hadisələr (məsələn, film yaradıcılığı, rəssamlıq, musiqi və digər növlər) uşaqların bioloji ruhuna, fiziki ruhuna uyğun formalaşdırılır. Mədəni proseslərə uyğun şəkildə də hüquqlar müəyyən olunur, sistemləşir.  Yeni müəyyən olunan hüquqlar mədəni müstəvidə əlaqələri və münasibətləri də təzələyir. Proseslər uşaq hüquqları ilə bağlı izlər yaradır. Bu irsi dəyərdən uşaqların tərbiyəsində istifadə olunur, onların dünyagörüşləri formalaşdırılır.

İnsan özü belə öz davranışına görə mədəniyyət məxluqudur, mədəniyyət təzahürünün daşıyıcısıdır. Mədəniyyət müstəvisində uşaqların hüquqları strukturlu qaydada təmin edilir.  İnsanın yaratdığı dövlət, ailə, cəmiyyət məhz mədəniyyət elementləridir, dəyəridir. Uşaqlar da mədəni tərkibdirlər.  İnsan mədəniyyəti ilə ailə ənənəsini, adətləri, məişət münasibətlərini, eləcə də sosial münasibətləri qoruyub saxlayır və davam etdirir. Uşaqlar mədəni müstəvidə ötürücü funksiyanı yerinə yetirirlər.  Uşaqların bəstələnməsi, qoruyub saxlanılması, uşaqların tərbiyəsi məhz mədəni prosesdir. Mədəni müstəvidə valideyn, cəmiyyət və dövlət vəzifələrini meydana gətirir.  Uşaqların özləri də mədəni hüquqlara sahibdirlər. İlk növbədə ona görə ki, onlar öz yaşlarında öz istedadlarına və qabiliyyətlərinə  görə mədəni proseslərdə, yaradıcılıqda və quruculuqda iştirak edirlər. Mədəniyyət, təhsil, incəsənət sahələrində onların özlərinə məxsus payları mövcuddur. Uşaqların mənəvi və maddi  irsi hüquqları insan hüquqlarının, onun tərkibi olan mədəni hüquqların əsaslarını təşkil edir. Uşaqların sivil həyatda, kənd və şəhərlərdə, qəsəbələrdə və digər yaşayış məskənlərində öz ailələri ilə birlikdə, cəmiyyət və dövlət himayəsində yaşamaq hüquqları mövcuddur. Bu hüquqlar da mədəni hüquqlardır. Ona görə ki, yaşayış tipləri, məskənləri insanların mədəni yaradıcılıqlarının əsaslarını təşkil edir.

İnformasiya hüquqlarının özü belə insanların mədəni hüquqlarına aid edilməlidir. Çünki həyat informasiyadan təşkil olunur.  Məktəblər özləri mədəni hadisələrdir, təzahürlərdir. Təhsil, tədris mədəni proseslərdir. Bu kimi proseslərdə iştirak da mədəni hadisələrin  tərkibini təşkil edir. Uşaqların uşaq bağçalarında iştirak etmək,  təhsil almaq və ailədə yaşamaq hüquqları onların mədəni hüquqlarının tərkibini təşkil edir. Uşaqların informasiyalarla təmin olunmaları, onların dünya proseslərindən məlumatlı olmaları uşaqların bəşəri-mədəni hüquqlarını ifadə edir. Təminatının əsaslarını əks etdirir.

Uşaqların mədəni hüquqlarına onların ətraf mühit haqqında, cəmiyyət haqqında məlumat əldə etmək, tarixi məkanları görmək, müşahidələr etmək hüquqları aid olur. Onların mədəni hüquqlarına turist kimi gəzmək, gəzməli-görməli yerlərə baş çəkmək, eləcə də miqrasiya hüquqları aid edilir.

Uşaqların valideyn qayğısı ilə əhatə olunmaq hüquqları da onların mədəni hüquqlarıdır. Ona görə ki, valideynlərin birləşdiyi ailə özü mədəni bir fenomendir. Valideynliyin özü də bioloji və sosioloji fenomendir.

 

Uşaqların mədəni hüquqlarının tərkibini bu şəkildə ümumiləşdirmək olar:

Uşaqların mədəniyyət hüquqları aktiv (onların özləri tərəfindən iştirak edilən) və passiv (seyrici, tamaşaçı kimi iştirak) hüquqları mövcuddur. Uşaqların bu hüquqları birbaşa və dolayı əsaslarla təmin edilir.

-uşaqların ana dilində və əcnəbi dillərdə danışmaq, yazmaq və təhsil almaq hüquqları;

-uşaqların etnik və milli mənsubiyyət hüquqları;

-uşaqların öz mədəniyyət vasitələrindən istifadə və yararlanmaq hüquqları;

-uşaqların mədəni vasitələrlə tanışlıq hüquqları;

-uşaqların sosiallaşma hüquqları-ümumi hüquq kimi;

-uşaqların dövlətin fəaliyyətindən, cəmiyyətdən  məlumat almaq hüquqları(dövlətin, cəmiyyətin üzvləri olduqlarından);

-uşaqların məkətblərdə iştirak və təhsil hüquqları (xüsusi hüquq kimi);

-uşaqların maarifləndirici tədbirlərdə iştirak hüquqları;

-uşaqların bilik yarışmalarında iştirak hüquqları;

-uşaqların kütləvi idman yarışlarında iştirak hüquqları;

-uşaqların rəssamlıq, heykəltəraşlıq sahələrində, musiqi festivallarında, teatrlarda iştirak  etmək və bu kimi digər incəsənət hüquqları;

-uşaqlara məxsus olan yaradıcılıq və quruculuq nümunələrinin irsiləşdirilməsi, uşaqların tarixi-mədəni hüquqları;

-uşaqların film yaradıcılığı və filmləri tamaşa etmək hüquqları;

-uşaqlarla xoş davranış hüquqları, onların yumşaq mədəni mühitdə yaşamaq hüquqları;

-uşaqların efirlərdə (radio və televiziyada) iştirak hüquqları;

-uşaqların mətbuatda iştirak hüquqları;

-uşaqların ana dillərində sərbəst danışmaq hüquqları;

-uşaqların dünya ədəbiyyatından istifadə hüquqları və s.   

 

 

Elşən Nəsibov

Siyasətşünas alım

 

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

Hüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

May 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031