Azərbaycan və Türkiyənin hərbi əməkdaşlıq və təhlükəsizlik siyasəti Previous Article
Ermənistanda yeni hökumət: daxili siyasətin yeni məqamlarıNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Xarabalıqda “Çiçəklənən Ermənistan Partiyası”

Line Spacing+- AFont Size+- Print This Article
Xarabalıqda “Çiçəklənən Ermənistan Partiyası”

Hatəm Cabbarlı

7 mart 2014

Ermənistanın müstəqillik elan etməsindən sonra 2013-ci il daxili və xarici siyasətdə ciddi dəyişikliklərin başlanğıcı olaraq yadda qaldı. Ermənistanın Gömrük Ittifaqına üzv olması və Avrasiya Ittifaqına üzv olacağı barədə siyasi iradə nümayiş etdirməsi sadəcə ölkə daxilində deyil, xaricində də ciddi nəticələr doğuracaq mahiyyətdədir.

 

Cari ilin 11 fevral tarixində müxalifət partiyaları – Çiçəklənən Ermənistan, Daşnaqsutyun, İrs və Erməni Milli Konqresi bir araya gələrək hökumətə etimad göstərilməməsi haqqında bəyanat vermək üçün müzakirələr aparırlar. Çiçəklənən Ermənistan Partiyasının nümayəndəsi Naira Zöhrabyan ortaq bəyanat haqqında fikir ayrılığının olmadığını bildirsə də, hələlik bəyanat mətni üzərində razılığa gəlinməyib.

 

Zöhrabyan eyni zamanda hökumətin istefa edəcəyi təqdirdə Çiçəklənən Ermənistan Partiyasının fəaliyyət planının hazır olduğunu qeyd edib. Amma Ermənistanın bugünkü daxili ictimai-siyasi vəziyyətinə diqqət edildiyində hökumətin istefa etməsinin mümkün olmadığı anlaşılır. Hökumət nə qədər bacarıqsız olsa da, Prezident Serj Sərkisyanın təlimatlarını sözsüz yerinə yetirir və ona sadiqdir. Hökumət və Prezident arasında ciddi fikir ayrılığının yaşanma ehtimalı zəifdir.

 

Ermənistanda müxalif siyasi partiyalar hakim Respublika Partiyasının xarici və iqtisadi siyasətinə qarşı çıxsalar da, heç bir nəticə əldə edə bilməyiblər. Hakim partiya 2013-cü ildə Gömrük Ittifaqına üzv oldu, bu prosesi sürətləndirmək üçün “yol xəritəsi”ni imzaladı. Rusiyanın təzyiqləri nəticəsində “ArmRosQazprom” şirkətində sahib olduğu 20 faizlik hissəni də bu ölkəyə satdı, pensiya təminatı haqqında qanuna dəyişikliklər edərək sosial vəziyyəti ağır olan əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Pensiya islahatı haqqında fikrini bildirən Prezident Serj Sərkisyan əhalinin 80 faizinin islahatı dəstəkləməməsinə rəğmən bu islahatın vacib olduğunu deyəcək qədər özünü rahat hiss edir.

 

Parlamentdə təmsil olunan müxalif partiyaların hökumətin enerji siyasətinin nəzərdən keçirilməsi üçün xüsusi komissiya yaradılması təklifi əvvəlcə qəbul edilməsə də, hakim partiya daha sonra belə bir komissiyanın qurulmasına razılıq verdi. Amma bu istiqamətdə işlər olduqca ləng gedir və böyük bir ehtimalla bürokratik maneələrə ilişib qalacaqdır.

 

Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyan Ermənistanda ciddi siyasətçi Rusiya yanlısı olmaya bilməz desə də, son illərdə iki ölkə arasındakı münasibətlərin inkişaf tendensiyasından narahatlığını gizlətmir. Onun sözlərinə görə tərəflər arasındakı münasibətlər qarşılıqlı mənafelər çərçivəsində qurulmayıb və daha çox Rusiyanın mənafelərinin qorunması müşahidə edilir. Xüsusilə Ermənistanın Gömrük Ittifaqına üzv olması və enerji siyasətini Rusiya üzərində qurması dövlətin suverenliyini ciddi şəkildə təhdid edir. Oskanyanın fikrincə Ermənistan son 20 ildə formalaşdırdığı xarici və iqtisadi siyasət kursundan əl çəkərək bu istiqamətlərdə yeni siyasət həyata keçirir ki, bunun perspektivi olduqca şübhəlidir.

 

Ölkə mətbuatında Ermənistanın Gömrük Ittifaqına üzv olmasından sonra iqtisadiyyatın canlanmasından və inkişaf etməsi fikrindən daha çox, bunun fəsadları müzakirə edilir. Ermənistan Gömrük Ittifaqına üzv olduqdan sonra bu quruma üzv olmayan 190 ölkə ilə iqtisadi münasibətlərini yenidən qurmalıdır. Sadəcə bu fakt Gömrük Ittifaqına üzv olan bir neçə dövlət ilə münasibətləri qaydaya salaraq, digər dövlətlərlə iqtisadi və ticari münasibətləri diqqətə almamağın nə qədər ciddi problemlər yaradacağına bir nümunədir. Bundan başqa ABŞ ilə iqtisadi və ticarət münasibətlərində ciddi problemlər yaşana bilər. Belə ki, Ermənistan müstəqilliyini elan etdikdən sonra ABŞ bu ölkə ilə “ən çox güzəşt edilən ölkə” prinsipi ilə müqavilə imzalamışdı. Bu müqavilə şərtlərinə görə Ermənistandan ABŞ-a ixrac edilən mallardan vergi alınmırdı. Görünən odur ki, Ermənistan Gömrük Ittifaqına tam üzv olduqdan sonra ABŞ hökuməti bu müqaviləyə xitam verə bilər.

 

İqtisadçılar Ermənistanın Gömrük Ittifaqına tam üzv olmasından sonra 600 adda malın qiymətinin artacağı haqqında həmfikirdirlər. Prezident Sərkisyan bunun dezinformasiya olduğunu bildirsə də, İqtisadiyyat naziri Vahram Avanisyan bu fikri parlament tribunasından dilə gətirmişdi. Avanisyan qiymətlərin artacağı 600 adda məhsul arasında günlük istehlak və qida məhsullarının olacağını da bildirmişdi.

 

Ermənistanda yuxarıda ifadə edilən problemlərin yaşandığı bir ərəfədə təxminən iki ildir ictimai-siyasi həyatda kölgədə qalan Çiçəklənən Ermənistan Partiyası yenidən ana müxalifət olmağa cəhd edir. 15 fevralda Partiyanın  7-ci qurultayı keçirildi. Qurultayda Partiya sədri Qaqik Çarukyan partiyanın fəaliyyət strategiyası haqqında məlumat verərək, hökumətə qarşı izləyəcəkləri siyasətin əsas istiqamətlərini açıqladı. Çarukyanın bu bəyanatından sonra hökumətin siyasətindən narazı kütlə məmnun olsa da, hələlik partiyanın fəaliyyətində ciddi dəyişikliklər hiss edilmir. Qurultaydan sonra Avropa Erməniləri Birliyi Forumu Çiçəklənən Ermənistan Partiyasının real müxalif güc ola biləcəyini bildirmiş və partiyanı dəstəkləyəcəklərini qeyd etmişlər. Amma Avropada yaşayıb Ermənistanın mövcud sosial-iqtisadi problemlərindən xəbərləri olmayan və bu çətinlikləri yaşamayan ermənilərin partiyaya dəstəklərinin nə qədər davam edəcəyi və nə qədər həlledici olacağı haqqında müxtəlif fikirlər səslənir.

 

Çiçəklənən Ermənistan Partiyası digər müxalif siyasi partiyalarla görüşərək onlardan dəstək almağa çalışsa da, hələlik ciddi nəticələr əldə etmə ehtimalı zəifdir. Çiçəklənən Ermənistan Partiyası hökumətin “yol xəritəsi”ndə üzərinə götürdüyü öhdəlikləri həyata keçirib Gömrük Ittifaqına tam üzv olmasından sonrakı aylarda yaşanan bahalaşma və digər problemləri ön plana çıxararaq erməniləri ayağa qaldıra bilər. Əlbəttə o zamana qədər Çiçəklənən Ermənistan Partiyası həm özünün iqtisadi və xarici siyasət konsepsiyasını həm də digər müxalif siyasi partiyalarla əməkdaşlıq imkanlarını nəzərdən keçirməlidir. Tək başına Çiçəklənən Ermənistan Partiyasının hökumətə qarşı hər hansı uğur əldə etməsi çətindir.

 

İqtidar uğrunda mübarizədə Çiçəklənən Ermənistan Partiyasının Rusiyanı qarşısına alması və ölkədəki maraqlarına qarşı çıxması demək olar ki, imkansızdır. Çiçəklənən Ermənistan Partiyası iqtidara gəlmək üçün Sərkisyanın xarici və iqtisadi siyasətini tənqid edə bilər ki, bu zaman avtomatik olaraq bir digər hədəf Rusiya olacaqdır. Bir başqa ifadəylə, Çiçəklənən Ermənistan Partiyasının ana müxalifət olmaq iddiasını həyata keçirməsi önündə ciddi əngəllər vardır.

 

Hökumət Çiçəklənən Ermənistan Partiyasının və digər müxalif partiyaların daxili siyasətdəki ağırlıqlarını düzgün qiymətləndirib onların razılığa gəlmələrinə mane ola bilərsə, Çiçəklənən Ermənistan Partiyasının planları uğursuzluqla nəticələnə bilər. Bundan başqa Çiçəklənən Ermənistan Partiyasının xarici dəstək alıb-almayacağı məsələsi də ciddi problemdir. Xüsusilə Rusiya faktoru nəzərdən qaçırılmamalıdır.

 

Dr. Hatəm Cabbarlı

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Aprel 2021
Be Ça Ç Ca C Şb B
« Avq    
 1234
567891011
12131415161718
19202122232425
2627282930